Pakistanın Baş nazirinə sui-qəsd planı hazırlanıb

A- A A+

Pakistanın xüsusi xidmət orqanları Baş nazir İmran Xana qarşı sui-qəsd planını üzə çıxarıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Dawn” qəzeti informasiya və teleradioyayım naziri Favad Çoudriyə istinadən məlumat yayıb.

“Bu məlumatdan sonra hökumətin qərarı ilə Baş nazirin mühafizəsi gücləndirilib”, - Çoudri bildirib.

Bundan əvvəl Pakistanın hakim “Ədalət uğrunda Hərəkat” Partiyasının lideri Feysəl Vavda da oxşar bəyanatlarla çıxış edərək, Baş nazirin “ölkəni satmaqdan” imtina etdiyinə görə həyatına sui-qəsd planının hazırlandığını bildirib.

Sui-qəsdlə bağlı xəbərlər aprelin 3-də Baş nazirə etimadsızlıq səsverməsi fonunda yayılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: