Kiyev vilayətinin Buça şəhərində qətliam törətmiş 64-cü motoatıcı briqadanın rusiyalı hərbçilərinin siyahısı hazırlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, onlar mülki əhaliyə qarşı cinayətlərə görə cavab verəcəklər.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə zamanı Buça şəhərində mülki vətəndaşlara qarşı qətliam həyata keçirilib. Nəticədə yüzlərlə adam qətlə yetirilib.