"Ukraynada dinc əhalinin qətlə yetirilməsi soyqırımı kimi tanınacaq".
NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Ətrafda gördükləriniz müharibə cinayətləridir və bu, dünya tərəfindən soyqırımı kimi tanınacaq”, - o deyib.
Zelenskinin sözlərinə görə, Rusiya hərbçilərinin cinayətlərinə dair çoxlu sübutlar var.
“İnsanların öldürüldüyünə və işgəncələrə məruz qaldığına dair bir milyon sübut var. Gəlin gözləyək, məhkəmə olacaq. Bacardığımız qədər açıq şəkildə təzyiq göstərəcəyik. Bütün cinayətkarları tapmaq üçün fasilə verməyəcəyik”, - Ukrayna dövlət başçısı vurğulayıb.