Türkiyə prezidenti vəzifəsinə seçkilərdə Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülüb

A- A A+

İyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülüb.

NUHÇIXAN xəbər verir ki, AKP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiyası seçkilərdə bu partiyadan Rəcəb Tayyib Ərdoğanın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: