Ermənistan hökuməti Qarabağda özünü asan əsgərin anasına 20 min avro ödəyəcək

A- A A+

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Armavir şəhər sakini Nana Muradyanın Ermənistana qarşı iddiasını təmin edib.

NUHÇIXAN İnformasiya Agentliyi AİHM katibliyinə istinadən xəbər verir ki, N. Muradyanın 18 yaşlı oğlu işğal altında olmuş Azərbaycan ərazisində həqiqi hərbi xidmətdə olub.

Əsgərin cəsədi 15 mart 2010-cu ildə zabitlərin kazarmasının yanında dirəkdə asılmış vəziyyətdə aşkar edilib. İstintaq 3 dəfə yenilənsə də, cinayət işi yekunlaşmayıb. Müstəntiqlər əsgərin intihar etdiyini desələr də, qadın bununla razılaşmır. N. Muradyan iddia edir ki, oğlu hərbi hissədə külli miqdarda oğurluğun şahidi olduğu üçün qəsdən öldürülüb.

AİHM-in qərarına görə, Muradyanın işində Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ, keyfiyyətli hüquqi yardım) tələbləri pozulub.

Ermənistan hökuməti qadına 20 000 avro mənəvi təzminat və 16 avro məhkəmə xərci ödəməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: