44 günlük müharibədə Ermənistan tərəfdən itkin düşənlərin sayı 208 nəfərdir.
NUHÇIXAN İnformasiya Agentliyi "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdən itkin düşənlərin sayı 777 nəfər təşkil edir.
“Hər iki müharibənin nəticələrinə görə, ümumilikdə 985 nəfər itkin düşmüş hesab olunur”, - Paşinyan bildirib.
Ermənistanın Baş naziri qeyd edib ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə üçtərəfli görüşdə itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün əməkdaşlıq imkanları müzakirə olunub.