BMT Baş Assambleyası İnsan Hüquqları Şurasında Rusiyanın iştirakının dayandırılması barədə qətnamə qəbul edib
BMT Baş Assambleyası Ukrayna üzrə xüsusi sessiyası çərçivəsində İnsan Hüquqları Şurasında Rusiyanın üzvlüyünün dayandırılması barədə qətnamə qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 93 nəfər qərarın lehinə, 24 nəfər əleyhinə səs verib, 58 nəfər bitərəf qalıb.
Sənədin qəbulu üçün səsvermədə iştirak edənlərin üçdə ikisi tələb olunurdu. Bitərəf qalanlar hesablanmır. Beləliklə, “lehinə” və “əleyhinə” 117 nümayəndə səs verib.