“Rusiya işğalçılarının Kiyev yaxınlığında yerləşən Buça şəhərində qətlə yetirdikləri 163 dinc sakinin şəxsiyyəti müəyyənləşdirilib. Bu, küçələrdə aşkarlanmış meyitlərin təxminən yarısıdır”.
NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Amerikanın səsi”nə müsahibəsində şəhərin meri Anatoli Fedoruk bildirib.
O, indiyədək şəhərdə 320-dək meyitin toplandığını, lakin hər gün yeni-yeni meyitlərin aşkarlandığını deyib.