Türkiyənin və Ukraynanın müdafiə nazirləri bölgədən mülki əhalinin təxliyəsi məsələlərini müzakirə ediblər
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksi Reznikov arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, danışıq zamanı nazir Akar Rusiya ilə Ukrayna arasında davam edən gərginliyin diplomatik həllinə kömək etmək və insan itkisini artırmamaq üçün ən qısa zamanda atəşkəsin elan olunmasının, xüsusilə Mariupoldan mülki əhalinin qurudan və ya dənizdən təhlükəsiz təxliyəsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, nazir Akar bir daha bildirib edib ki, Türkiyə Ukraynaya humanitar yardım üçün üzərinə düşəni yerinə yetirməyə davam edəcək.