Ukraynalıların böyük əksəriyyəti - 91 faizi “ruslar və ukraynalılar bir xalqdır” tezisini dəstəkləmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukraynanın “Reytinq” Sosioloji Qrupunun aprelin 6-da keçirdiyi sorğunun məlumatları sübut edir.
Sorğuda qeyd olunur ki, 2021-ci ilin avqustunda “ruslar və ukraynalılar bir xalqdır” tezisini 41 faiz dəstəkləmişdi, 2022-ci ilin martında isə 21 faiz olub.
Bu tezisə dəstək verən az bir qisim Ukraynanın Şərq regionun vətəndaşları və yaşlı nəsildir.