Aprelin 8-də İstanbulda Türkiyə, İtaliya və İngiltərənin müdafiə nazirlərinin üçtərəfli görüşü baş tutub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın ev sahibliyi ilə İstanbulda keçirilən üçtərəfli görüşdə İtaliya müdafiə naziri Lorenzo Guerini və İngiltərə müdafiə naziri Ben Uolles iştirak ediblər.
Bu görüşdən əvvəl Türkiyənin milli müdafiə nazirinin italiyalı və ingiltərəli həmkarları ilə təkbətək görüşləri olub.