Təyyarə eniş zamanı ikiyə bölünüb - FOTOLAR

A- A A+

DHL aviaşirkətinin “Boeing 757” yük təyyarəsi Kosta-Rikada təcili eniş zamanı yarıya bölünüb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hidravlik sistemi sıradan çıxan təyyarənin pilotu paytaxt San-Xosedəki beynəlxalq hava limanından təcili eniş tələb edib. Eniş zamanı təyyarə sürüşüb, 180 dərəcə dönüb və ikiyə bölünüb.  

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki pilot təyyarənin qalıqları altından çıxa bilib.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: