Türkiyədə hərbçiləri daşıyan maşın ağır qəzaya düşüb

A- A A+

Türkiyənin Adana-Kozan avtomobil yolunun Mansurlu yol qovşağında ağır yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, işıqforun qırmızı işığında gözləyən daxili qoşunlara məxsus maşın yan tərəfdən gələn digər avtomobil tərəfindən vurulub. Hərbi maşın aşıb və yüz metrə yaxın sürüşüb. Nəticədə iki hərbçi həlak olub, biri ağır olmaqla üç hərbçi yaralanıb.

Hadisə ilə bağlı istintaq başlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: