Fransada keçirilən prezident seçkilərində Emmanuel Makron və Marine Le Pen ikinci tura vəsiqə qazanıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Emmanuel Makron 5 il əvvəlkindən (24%) daha çox - 28,1 faiz səs toplayıb. İkinci yerdə 23,3 faizlə Marine Le Pen qərarlaşıb. 2017-ci ildə Marine Le Pen 21,3 faiz toplamışdı.
Fransa prezidenti postu uğrunda seçkilərin ikinci turu aprelin 24-də keçiriləcək.