Mariupol şəhərində on minlərlə insan həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Koreya parlamentində videoformatda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Mariupol Rusiya ordusu tərəfindən tamamilə dağıdılıb.
“Ən pis vəziyyət Mariupoldadı, şəhər dağıdılıb.On minlərlə ölü var. Buna baxmayaraq, ruslar hücum əməliyyatını dayandırmırlar. Mariupolu nümayişkaranə şəkildə dağıdılmış şəhərə çevirmək istəyirlər, - deyə Zelenski bildirib.