Mariupolda Ukraynaya aid yük gəmisinin heyəti əsir götürülüb.
NUHÇIXAN İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ombudsmanı Lyudmila Denisova məlumat verib.
“Yük gəmisi Türkiyəyə getməli idi. Lakin Rusiyanın hərbi təcavüzü səbəbindən alınmadı”, - o deyib.
Məlumata görə, gəmidə 18 Ukrayna və 1 Misir vətəndaşı olub. Onlarla heç bir əlaqə yoxdur.
Vurğulanıb ki, dənizçilər ələ keçirilməzdən rusiyalı hərbçilər gəmini atəşə tutublar.
Qeyd edilib ki, onlar müvəqqəti işğal olunmuş Donetsk istiqamətinə aparılıb. Lakin ekipajın dəqiq yeri hələlik məlum deyil.
Ombudsmanın sözlərinə görə, bu, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyaya ziddir.