Türkiyə ABŞ-ı bir daha xəbərdar edib ki, əgər Vaşinqton ona F-16 qırıcıları satmasa, Rusiyadan Su-57 təyyarələri alacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin «Milliyət» qəzeti yazıb. KİV-in məlumatına görə, Türkiyə ABŞ-dan 40 ədəd F-16 Block 70 və silahlı qüvvələrində olan F-16-lar üçün 80 komplekt modernləşdirilmiş Block 70 istəyib.
Türkiyə tərəfi xəbərdarlıq edib ki, əgər kontrakt bağlanmasa, o zaman alternativ variantlar axtarılacaq. Mümkündür ki, Ankara tədarük üçün Moskva ilə münasibətlərə başlasın.
Bundan əvvəl Türkiyə artıq Rusiyanın Su-35 və Su-57 qırıcılarının tədarükünün mümkünlüyünü istisna etməyib.