Müxalifətçilər parlamentin işini iflic etməklə onun əhəmiyyətini azaltmağa çalışır.
NUHÇIXAN İnformasiya Agentliyi News.am-a istinadən xəbər verir ki, bu barədə hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentdəki fraksiya rəhbəri Ayk Koncoryan açıqlama verib.
O bildirib ki, parlament müxalifətinin Qarabağa səfəri və parlamentin iclasında iştirak etməməsi təxribatdır.
Koncoryan müxalifəti Qarabağ və təhlükəsizlik məsələlərindən istifadə edərək dövlət çevrilişinə cəhddə ittiham edib.
Qeyd edək ki, “Şərəf duyuram” və “Hayastan” blokları parlamentin 4 günlük plenar iclaslarını boykot edib.