Mariupolda 22 minə yaxın insan həlak olub

A- A A+

Rusiyanın hərbi əməliyyatları nəticəsində Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində 22 minə qədər dinc sakin öldürülüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Pavel Kirilenko CNN-ə bildirib.

Onun sözlərinə görə, şəhərdə vəziyyət ağırdır, qurbanların sayını dəqiqləşdirmək davamlı döyüşlər səbəbindən çətinləşib.

Kirilenko Mariupolda rusların kimyəvi hücumuna da münasibət bildirib.

"Biz bilirik ki, ötən gün gecəyarı pilotsuz təyyarə indiyə qədər naməlum partlayıcı qurğunu yerə atıb, Mariupol Metallurgiya Zavodunun ərazisində olan insanlar özlərini pis hiss edib", - Kirilenko deyib.

Xatırladaq ki, dünən rus işğalçılarının Mariupola naməlum zəhərli maddə atdıqları barədə məlumat yayılmışdı.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: