Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Polşa Prezidenti Andjey Duda və Estoniya Prezidenti Alar Karis Ukraynaya yola düşüblər.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Litva Prezidenti Qitanas Nauseda tviter hesabında yazıb.
O, qeyd edib ki, həmkarları ilə Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanır.
Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda apardığı mübarizəsini dəstəkləməyə davam edəcək.
Qeyd edək ki, daha əvvəl Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Polşa Prezidenti Andjey Duda arasında görüş keçirilib.
Litva Prezidenti tviter hesabında həmkarları ilə bir araya gəlməsini mühüm regional görüş adlandırıb.
“Gündəlikdə: NATO-nun şərq cinahının təhlükəsizliyinin gücləndirilməsi, Ukraynaya dəstək, Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün əlavə təbliğat, Rusiyaya qarşı daha sərt sanksiyalar. Birlik bizim gücümüzdür”, - dövlət başçısı qeyd edib.