Ukraynada müharibədən zərər çəkən, evsiz qalan, köməyə möhtac əhaliyə yardım etmək məqsədilə Türkiyənin həyata keçirdiyi humanitar siyasət davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD), Qızıl Ay Cəmiyyəti, rəsmi və digər özəl qurumlar bu fəaliyyətə cəlb olunublar. Türkiyə əhalisi yardım toplanmasında fəal iştirak edir.
Ən son məlumata görə AFAD-ın əlaqələndiriciliyi əsasında Ukraynaya yardım üçün daha 21 çoxtonnajlı yük avtomobili və bir səyyar mətbəx çatdırılıb. Bildirilir ki, indiyədək Türkiyədən göndərilən yardımın həcmi 67 çoxtonnajlı avtomobili əhatə edir. Zəruri qida, dərman və geyim yardım karvanlarında toplanan əsas məhsullardır.
Səyyar mətbəxdə isti yemək bişirilib qidaya möhtac insanlara paylanılır.