Rusiya MN: “Moskva” raket kreyseri çox ciddi zədələnib

A- A A+

Yanğın zamanı hərbi sursatın partlaması nəticəsində Rusiyanın Qara dəniz donanmasının “Moskva” raket kreyseri çox ciddi zədələnib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Moskva” raket kreyserində yanğın nəticəsində hərbi sursat partlayıb. Gəmi ciddi zədə alıb. Heyət tam təxliyə olunub”, - Nazirlikdən bildirilib.

“Moskva” kreyserinin göyərtəsindəki əsas silah “Vulkan” raketləri hesab olunur.

Qeyd edək ki, Odessa hərbi administrasiyasının rəhbəri Maksim Marçenko bildirib ki, Ukraynanın “Neptun” gəmi əleyhinə raket sistemləri Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurub.

“Biz təsdiq edirik ki, “Moskva” kreyserini sərhədçilərimiz raketlə vurub. İki raket hədəfə dəyib, kreyserdə yanğın baş verib”, - deyə Marçenko qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: