“İllər ötüb və bu gün demək olar ki, Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmayacağı ideyası doğru deyil”.
NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Viqen Xaçatryan aprelin 14-də qanunverici orqanın iclasında deyib.
“Hələ 1996-cı ildə Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyan bizim üçün bir xalqın başqa xalqa zorla tabe etdirilməsinin yolverilməzliyi ideyasını irəli sürmüşdü. Başqa sözlə, Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmadığı deyilirdi. İİllər ötüb və bu gün demək olar ki, mənim fikrimcə, bu, düzgün ideya deyil”, - V.Xaçatryan bildirib.