Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşşuk bildirib.
Məlumata görə, 22-si hərbçi (5 zabit, 17 sıravi əsgər) və 8-i mülki şəxs olmaqla, ümumilikdə, 30 şəxs geri qaytarılıb. Onlardan birinin qadın olduğu vurğulanır.
Qeyd edək ki, bu, tərəflər arasında dördüncü əsir mübadiləsidir.