Türkmənistanın sabiq prezidenti və Milli Şuranın sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasına üzv olub.
NUHÇIXAN İnformasiya Agentliyi “TRT Avaz”a istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Katibliyindən bildirilib.
“Katiblik Qurbanqulu Berdiməhəmmədovun üzvlüyündən şərəf duyur, onun alicənab müdrikliyi, təcrübəsi və biliyi ilə Ağsaqqallar Şurasının potensialını daha da zənginləşdirəcək”, - məlumatda vurğulanıb.
Xatırladaq ki, Türkmənistan Türk Dövlətləri Təşkilatına yalnız ötən il müşahidəçi üzv olaraq qatılıb.