Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi əməliyyatlar zamanı 2,5-3 min hərbçinin həlak olduğunu açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi "UNİAN"a istinadən xəbər verir ki, ölkə başçısı bunu CNN telekanalına müsahibəsində deyib.
"Ukrayna rəsmiləri hesab edir ki, müharibədə 2,5 min - 3 min ukraynalı əsgər həlak olub, lakin müqayisə üçün deyək ki, ölən rus əsgərlərinin sayı 19-20 mindir. Bundan əlavə 10 minə yaxın ukraynalı əsgər yaralanıb. Onlardan neçə nəfərinin sağ qalacağını söyləmək çətindir", - V.Zelenski bildirib.