Vitali Kliçko: Kiyev atəşə tutulub, ölən və xəsarət alanların sayı dəqiqləşdirilir

A- A A+

Aprelin 16-da səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri atəşə tutulub. Şəhərin Darnitski rayonunda partlayışlar baş verib, ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kiyev meri Vitali Kliçko bu barədə özünün teleqram kanalında yazıb.

"Səhər saatlarında Kiyev atəşə tutulub. Hazırda hadisə yerində xilasedicilər və həkimlər işləyir. Zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir. Hər kəsə bir daha müraciət edirəm: Hava hücumu ilə bağlı siqnallara laqeyd yanaşmayın! Əvvəllər gedən və artıq paytaxta qayıtmağa hazırlaşan vətəndaşlardan isə hələlik bundan çəkinməyi və daha təhlükəsiz yerlərdə qalmalarını xahiş edirəm”, - deyə Kliçko qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: