Rusiya Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya hökumətinin üzvlərinin adlarını “qara siyahı”ya salıb.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya XİN-ə istinadla xəbər verir ki, siyahıda Britaniya hökumətinin üzvləri və siyasətçilərinin, o cümlədən Baş nazir Boris Consonun, xarici işlər naziri Elizabet Trassın, müdafiə naziri Ben Uallesin, maliyyə naziri Rişi Sunakın, daxili işlər naziri Priti Patelin adları var.
Rusiya XİN-dən bildiriblər ki, məhdudiyyət tədbirləri Britaniyanın Rusiyanın vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməsinə cavab olaraq həyata keçirilib.