Paşinyanın Qarabağ bəyanatı etirazlara səbəb olub

A- A A+

Bu gün Ermənistanda etiraz aksiyası keçirilib. 

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya zamanı polislə etirazçılar arasında toqquşma baş verib. Polis nümayişçilərdən bəzilərini saxlayıb. 

KİV-də yer alan məlumata görə, aksiya iştirakçıları Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bəyanatına etiraz olaraq küçələrə çıxıblar. Onlar İrəvanın mərkəzi küçələrindən birini bağlamağa cəhd ediblər. Bu zaman polis müdaxilə edərək bir neçə nəfəri saxlayıb. 

Bundan əvvəl Nikol Paşinyan bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistandan "status"la bağlı tələblərini geri çəkməyi istəyir. Müxalifət baş nazirin bu sözlərini yerli hakimiyyətin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması kimi qiymətləndirib.

Müxalif “Şərəfim var” parlament fraksiyasının rəhbəri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan müddətsiz etiraz aksiyası elan edib.

Paşinyanın Ermənistanda müxalifətin etirazına səbəb olan çıxışında qeyd olunub:

“Mən əvvəldən müharibədə və məğlubiyyətdə öz günahımı, məsuliyyətimi etiraf etmişəm. Amma müxalifətçilərin məni ittiham etdikləri iddiaları qəbul etmirəm. Mən torpaqlarımıza xəyanət etməmişəm. Mən 2018-ci və 2019-cu illərdə xalqa demədiyim üçün günahkaram ki, bizdən əvvəlkilər Qarabağ və ətrafındakı rayonların bu və ya digər konfiqurasiyada Azərbaycana təhvil verilməsini gözləyirdilər. Əslində beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıyır. Hazırda Qarabağı tərk etmiş Azərbaycan əhalisinin tam şəkildə geri qayıtması gözlənilir. Mən əvvəlcə əraziləri təhvil verməklə minlərlə insanın həyatını xilas edə bilərdim. Lakin bunu etməkdən imtina edərək, minlərlə qurbanın günahkarı oldum. Buna görə xalqımdan üzr istəyirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: