"Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci mərhələsi rəsmən başlayıb".
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç teleqram kanalında bildirib.
“Biz onların hərəkətə başlamasını gözləməyəcəyik, artıq özümüz hərəkətə başlamışıq”, - deyən Arestoviç Ukrayna əsgərlərinin taktikasını aktiv müdafiə adlandırıb.
Onun sözlərinə görə, hazırda döyüşlər Azovstaldan bir neçə kilometr aralıda gedir.