BMT-nin Baş katibi Antonio Quterreş Ukraynadakı tərəflərə çağırış edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu keçirdiyi brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“BMT-nin baş katibi bütün tərəflərə xatırladır ki, onlar mülki əhali arasında itkilərin və yaşayış məntəqələrinin, mülki infrastrukturun zədələnməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidirlər”, - Düjarrik bildirib.