Ukraynada öldürülən rus generalların sayı açıqlandı

A- A A+

Rusiya ordusunun Ukraynadakı döyüşlərdə həlak olan yüksək rütbəli zabitlərinin sayı açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən başlayan hərbi əməliyyatlar zamanı Rusiya ordusunun 24 ali nümayəndəsi məhv edilib.

İlkin məlumata görə, həlak olanlardan ikisi general-leytenant, altı nəfər general-mayordur. Bundan başqa, Rusiya qoşunlarının 16 polkovniki döyüşlərdə zərərsizləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: