“Apple” bu modelin buraxılışını dayandırır

A- A A+

“Apple” şirkəti “iPhone 14”dən sonra “iPhone 11”in buraxılışını dayandıracaq.

NUHÇIXAN İnformasiya Agentliyi “iDropNews” portalına istinadən bildirir ki, şirkət yeni 2022 “iPhone SE”nin sələfini əvəz edəcəyini gözləyir.

Bu isə “Apple” şirkətinə bu payızda “iPhone 11”in istehsalını dayandırmağa imkan verir. Bununla belə, portalın məlumatına görə, “iPhone SE”nin elanından sonra “iPhone 11”ə tələbat kəskin şəkildə artıb.

Keçən il “iPhone 13”ün buraxılması ilə şirkət “iPhone 12 Pro” və “iPhone XR”in istehsalını saxlayıb.

2020-ci ildə isə şirkət “iPhone 11 Pro”, “iPhone 11 Pro Max”, “iPhone 8” və “iPhone 8 Plus”un istehsalını dayandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: