Kanada Ukraynaya ağır artilleriya göndərəcək

A- A A+

Kanada hakimiyyəti Ukraynaya ağır artilleriya göndərəcək.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo jurnalistlərə bildirib.

Trüdonun sözlərinə görə, təfərrüatlar yaxın günlərdə açıqlanacaq.

Martın əvvəlində Trüdo Kanadanın Ukraynaya 50 milyon Kanada dolları (38,8 milyon ABŞ dolları) məbləğində əlavə hərbi yardım göndərəcəyini açıqlamışdı. Yardım paketinə, o cümlədən, 4,5 min M-72 tank əleyhinə qumbaraatan və 7,5 minə yaxın əl qumbarası daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: