Bu gün qadınlar, uşaqlar və qocalar Mariupoldan təxliyə ediləcək

A- A A+

Aprelin 20-də Ukrayna Mariupolda humanitar dəhlizlə bağlı razılığa gələ bilib. Humanitar dəhliz qadınlar, uşaqlar və qocalar üçün açıq olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk teleqram səhifəsində məlumat verib.

“Mariupoldakı fəlakətli humanitar vəziyyəti nəzərə alaraq, biz bu gün səylərimizi məhz bu istiqamətə yönəldəcəyik. Biz qadınlar, uşaqlar və qocalar üçün humanitar dəhlizlə bağlı ilkin razılığa gələ bildik”, - deyə İ.Vereşçuk əlavə edib.

Onun sözlərinə görə, təxliyə olunanlar Mariupoldan Zaporojyeyə qədər aparılacaq.

Qeyd edək ki, bir neçə gündür Ukraynada mülki şəxslərin təxliyəsi həyata keçirilmirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: