Rusiya qitələrarası ballistik raketin sınağından əvvəl Birləşmiş Ştatlara lazımi şəkildə məlumat verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Pentaqondan bildirilib ki, sınaq ABŞ üçün təhlükəli deyil.
Qeyd edək ki, Rusiya ordusu “Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirib. Raketin buraxılışı Plesetsk kosmodromunda baş verib. "Sarmat"ın buraxılması dövlət sınaqları proqramında bir ilkdir.