Vahid Ələkbərov Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən gedir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib. Bildirilir ki, V.Ələkbərovun müvafiq ərizəsi şirkətin direktorlar şurasının sədrinə göndərilib.
Qeyd edək ki, “LUKOYL” Rusiyanın ən iri özəl neft şirkətidir. Vahid Ələkbərov şirkətin təsisçisi və prezidentidir. Ukrayna böhranı ilə əlaqədar Böyük Britaniya ona qarşı sanksiya tətbiq edib.