BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (Rusiya, Çin, Böyük Britaniya, ABŞ, Fransa) Ukrayna üçün qarant dövlətlərin əsasını təşkil edə bilər, bu məsələ Rusiya-Ukrayna danışıqlarında müzakirə olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB-nin ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib.
Departament rəhbəri danışıqlarda Ukraynanın demilitarizasiyası və denazifikasiyasını nəzərdə tutan neytral, bloksuz və qeyri-nüvə statusu ilə yanaşı, ona bir sıra ölkələrdən təhlükəsizlik zəmanətlərinin verilməsi məsələlərinin də nəzərdən keçirildiyini bildirib. Diplomat bununla bərabər, digər variantların istisna edilmədiyini, ona görə də siyahının hələlik tam müəyyənləşdirilmədiyini diqqətə çatdırıb.