Yaponiyanın “Toyota Motor” şirkəti dəbdəbəli “Lexus” avtomobilinin tam elektrikləşdirilmiş ilk modelini ictimaiyyətə təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şirkət tərəfindən “RZ” adlandırılan model bir dəfə doldurulma ilə təqribən 450 kilometr məsafəni qət edir. Həmçinin elektromobilin batareyasının 10 il ərzində həcminin 90 faizini saxlamağa qadir olduğu bildirilir.
Yeni modelin bu ilin sonlarınadək Çində və Avropada satışa çıxarılacağı qeyd edilir. Yaponiya üçün elektromobilin satış qiyməti və vaxtı barədə məlumat verilmir.
Qeyd edilir ki, “Toyota” şirkəti həmin modelin də daxil olduğu tamamilə elektriklə işləyəcək “Lexus” xəttini 2035-ci ildə istifadəyə verəcək.