Böyük Britaniya Ukraynaya 500 milyon dollar məbləğində kredit şəklində maliyyə yardımı göstərmək qərarına gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib.
Onun sözlərinə görə, Britaniya xəzinədarlığının rəhbəri müharibə şəraitində dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün tərəfdaş ölkələrin resurslarının bir hissəsinin təcili olaraq Ukraynaya verilməsi çağırışını dəstəkləyib.
Marçenko, həmçinin qeyd edib ki, Britaniya Ukraynaya digər ölkələrin və maliyyə təşkilatlarının cəlb edilməsinə çağırıb.
Bundan əvvəl Britaniya Ukraynaya 521 milyon dollar ayırıb və Dünya Bankından 1 milyard dollarlıq kreditin təminatçısı kimi çıxış edib.
Həmçinin İtaliyanın maliyyə naziri Daniele Franko da ölkənin Ukraynaya əlavə 200 milyon avro yardım göndərəcəyini açıqlayıb.
“Ortaya çıxacaq başqa bir məsələ bərpadır, görüşlərdə kimsə Ukrayna üçün Marşal planından danışıb”, - nazir bildirib.
Franko qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun iclaslarında və müxtəlif forumlarda Ukrayna böhranının iqtisadi nəticələrindən tutmuş inflyasiyaya qədər, hazırda son dərəcə aktual olan məsələlərə toxunulub.
Bundan əvvəl İtaliya Kiyevə yardım kimi 110 milyon avro, daha sonra isə beynəlxalq təşkilatlara ukraynalılara kömək üçün daha 25 milyon avro ayırıb.