“Moskva” raket kreyserində ölən və itkin düşənlərin sayı açıqlanıb

A- A A+

Rusiyanın “Moskva” raket kreyserində aprelin 13-də baş vermiş yanğın nəticəsində bir hərbçi ölüb, daha 27 ekipaj üzvü itkin düşmüş sayılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

"Aprelin 13-də baş vermiş yanğın nəticəsində "Moskva" raket kreyseri döyüş sursatının partlaması nəticəsində ciddi zədələnib. Ekipajın yanğını söndürmək cəhdləri nəticə verməyib. 396 nəfər kreyserdən ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib və Sevastopola təhvil verilib”, - məlumatda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: