Müqəddəs Ramazan ayının iyirmi günü ərzində Mədinədəki Peyğəmbər məscidini 14 milyona yaxın insan ziyarət edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumat yayıb. Səudiyyə Ərəbistanının rəsmiləri bildiriblər ki, dünyanın müxtəlif ölkələrindən Ümrə ziyarətinə gələnlərə xidmət üçün Peyğəmbər məscidində sutkanın 24 saatı müddətində xidmət briqadaları, o cümlədən həkimlər fəaliyyət göstərirlər. Ramazan ayı ərzində bu müqəddəs məsciddə ibadət edənlər arasında hər hansı infeksion xəstəlik qeydə alınmayıb.
Krallığın səhiyyə naziri Fəhd əl-Cəlacilin sözlərinə görə, Ümrə ziyarəti ilə bağlı ciddi profilaktik tədbirlər görülüb. Bu məqsədlə Ramazan ayında 18 min nəfərlik səhiyyə xidməti briqadaları yaradılıb.