Kanada Ukraynaya “M777” haubitsaları verib

A- A A+

Kanada Ukrayna Silahlı Qüvvələrinə 155 mm-lik “M777” haubitsaları verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand tviter səhifəsində yazıb.

“Kanada Ukraynanın tərəfindədir. Biz ABŞ-la əməkdaşlıq edərək Ukrayna qüvvələrinə bir neçə “M777” haubitsa və müvafiq sursatları çatdırdıq”, - o deyib.

Nazirin sözlərinə görə, Kanada Ukraynaya “Carl Gustaf” tank əleyhinə qumbaraatan üçün də əlavə sursat verib.

Bundan əlavə, o, rəsmi Ottavanın Ukrayna Silahlı Qüvvələrinə zirehli texnika və digər yardımlar göstərəcəyini bildirib.

Kanadanın CBC telekanalı Ukraynanın 4 nisbətən yeni “M777” haubitsa aldığını xəbər verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: