"Mariupolda döyüşlər dərhal dayandırılmalıdır ki, mülki əhalinin təxliyə imkanları olsun".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad bildirib.
"Mariupolda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla on minlərlə insanın həyatı təhlükə altındadır. İnsanların həyatını xilas etmək üçün hazırda döyüşlərdə fasilə lazımdır. Nə qədər gözləsək, bir o qədər çox insanın həyatı risk altında olacaq. Onların təhlükəsiz şəkildə təxliyə edilməsinə icazə verilməlidir. Sabah çox gec ola bilər", - Avad açıqlamasında deyib.
Bundan əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mariupoldakı vəziyyətdən narahatlığını bildirib və mülki əhalinin şəhərdən təxliyəsi üçün təcili humanitar yardım çağırıb.