Müharibənin başlanğıcından bəri Ukraynanı tərk edən qaçqınların sayı 5,2 milyona yaxınlaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsi məlumat yayıb. Aprelin 23-nə olan məlumata görə, Ukraynanı 5 milyon 186 min 744 nəfər tərk edib. Mart ayında ölkədən 3,4 milyon nəfər, apreldə isə bundan təxminən üç dəfə az – 1 milyon 151 min nəfər çıxıb.
Ukraynalıların əksəriyyəti Polşaya gedib. Hazırda bu ölkədə 2,6 milyon nəfər qaçqın yerləşib. Rumıniyaya 774 min 94, Moldovaya 433 min 214, Slovakiyaya 354 min 329 qaçqın gəlib. Rusiyadakı ukraynalı qaçqınların sayı isə 578 min 255 nəfərə çatıb.