ABŞ dövlət katibi Entoni Blinkenin və Pentaqonun rəhbəri Lloyd Ostinin Ukraynaya səfəri başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-lərə istinadla xəbər verir ki, ABŞ rəsmiləri Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.
Görüşdə regiondakı vəziyyət, ABŞ-ın Ukraynaya yardımı, təhlükəsizlik məsələləri müzakirə edilib.