Türkiyə ordusu Suriyada 7 terrorçunu məhv edib

A- A A+

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında 7 YPG (PKK terror qruplaşmasının Suriya qolu) terrorçusunu məhv edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçular "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları zonasında məhv edilib. Bildirilib ki, PKK/YPG silahlıları Türkiyə ordusunun nəzarətində olan ərazilərdə atəş açıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: