BMT-nin Baş katibi Türkiyəyə səfərə gəlib

A- A A+

BMT-nin Baş katibi Antonio Quterreş aprelin 25-də Türkiyəyə səfərə gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin Baş katibi Antonio Quterreş Ankarada görüşüblər.

Mətbuata qapalı keçirilən görüş barədə rəsmi məlumatda bildirilir ki, Baş katib Antonio Quterreş Ankara səfərinin ardından Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: