“Rusiya ordusu Ukraynada cəbhə xəttinin bütün istiqamətlərində hücuma keçib”.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
O, qarşı tərəfin bu qərarının qəribə olduğunu deyib:
"Ola bilsin, Putin əməliyyatlara şəxsən nəzarət etmək qərarına gəlib. Onlar hər yerə hücum etməyə çalışırlar. Hucumlar təkcə Donbasda deyil, Xersonda, Krivoy Roqda da qeydə alınır. Bundan əvvəl Zaporojye və Nikolayev yaxınlığında da qarşı tərəfin fəallığı müşahidə olunmuşdu”, - o söyləyib.