Türkiyədə qapalı məkanlarda maskadan məcburi istifadə tələbi ləğv edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koronavirus üzrə Elmi Şuranın toplantısında bildirib.
"Bundan sonra Koronavirus üzrə Elmi Şurada toplantı keçirilməyəcək. Maskalardan yalnız ictimai nəqliyyat vasitələrində və səhiyyə müəssisələrində yoluxma hallarının sayı mindən aşağı düşənə qədər bir müddət davam edəcək", - Prezident vurğulayıb.
O qeyd edib ki, Elmi Şura yaşı 65-dən yuxarı olanlara və xroniki, riskli xəstəlikləri olanlara maskalardan istifadə etməyi tövsiyə edir.